Qəbələnin bir hissəsi qazsız qaldı – Səbəbbackend

Qəbələnin bir hissəsi qazsız qaldı - Səbəb

Qəbələ şəhərinin Sura Kərimova küçəsinin təbii qazla qaz təchizatında müvəqqəti fasilə yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, küçədən keçən, diametri 108 mm olan qaz xəttində qaz sızması aşkarlanıb.

Bununla əlaqədar, bu gün saat 10:15-dən həmin küçənin qaz kəsilib. Təmir-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*