Liviyanın keçmiş lideri Muammar Qəddafinin nəvəsinin həyat yoldaşı Aline Skaf yenidən gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, Alina Skaf Şam şəhərində parklama ödənişi etmək istəmədiyinə görə polislərlə dava edib.
O, daha sonra maşınını polis əməkdaşları və vətəndaşların üzərinə sürüb. Nəticədə 4 nəfər yaralanıb, 1 nəfər ölüb.
Aline polis tərəfindən saxlanılsa da, daha sonra sərbəst buraxılıb.
Skaf Qəddafinin beşinci oğlu Hanibal Qəddafinin oğlunun həyat yoldaşıdır. Onlar 2011-ci ildə Suriyadan sığınacaq alıb. Lakin Hannibal 2015-ci ildə qaçırılaraq Liviyada həbs olunub.
Alinenin adı daha əvvəllər də bu cür insidentlərdə hallanıb. O, 2011-ci ildə uşağına baxan dayənin üzərinə qaynar su töküb, 2015-ci ildə isə evlərində xidmət edən türk ofisiantı bıçaqlayıb.

