“Qələbə ermənilərin əlindən alınıb, amma geri qaytarıla bilər” – Ohanyan SƏRSƏMLƏDİbackend

"Qələbə ermənilərin əlindən alınıb, amma geri qaytarıla bilər" - Ohanyan SƏRSƏMLƏDİ

“Qələbə ermənilərin əlindən alınıb, amma geri qaytarıla bilər”. 

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan bloku” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. O, 44 günlük müharibədəki səhvlər haqqında və komandirlərin müharibə dövründə  “qəhrəmanlıq, hərbi məharət və cəsarətlə” bağlı “çoxsaylı epizodlar”ından danışıb.

“Qələbə ermənilərin əlindən alınıb, amma geri qaytarıla bilər. Ən mühüm dərs odur ki, dövlət idarəetmə sistemi dövləti hərbi müstəviyə keçirə bilməyib, dövlət idarəçiliyi orqanları mövcud potensialı səfərbər edə bilməyib.

Bundan ibrət dərsi çıxarmaq lazımdır, xüsusən də hökumət rəhbərləri. “Müqavimət hərəkatı” isə döyüş ruhunu bərpa etmək, bayramlarımızı, qələbəmizi qaytarmaq üçün çalışır”, – deyə Ohanyan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Namiq
    May 9, 2022 - 16:34

    Hörmətli Xuraman xanım! Azərbaycanda Şəhid ailələri, qazilər, ehtiyatda və istefada olan və ya hazırda xidmətdə olanlara göstərilən qayğını nəzərə alaraq ohanyan bu fikirləri səsləndirir. Təklif olunan və ya qəbul olunan qannunlara, qərarlara baxsanız siz də görərsiniz. Lakin o yanılır. Məmurlar hərbi qulluqçulara nifrət etsə də bu xalqın övladları Vətəni sevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*