Qərb bu səbəblərə görə Ukraynaya tank tədarükünü GECİKDİRİRbackend

Qərb bu səbəblərə görə Ukraynaya tank tədarükünü GECİKDİRİR

“Kiyev Qərb ölkələrindən Ukraynanın şimal-şərqində uğurlu əks-hücum əməliyyatı üçün müasir tankların təcili çatdırılmasını xahiş edib. Qərb bu istəyə hələ də ləng cavab verir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda Ukraynanın tələb etdiyi silahların siyahısında tanklar birinci yerdədir.

Rusiyada qismən səfərbərlik başlayandan sonra bu tələb daha da aktuallaşıb.

Hərbi ekspertlər hesab edirlər ki, uğurlu əks-hücum üçün Ukraynaya Amerikanın “M1 Abrams” və Almaniyanın “Leopard”ları lazımdır.

Nəşrin məlumatına görə, hərbi məmurlar təlim və maddi-texniki təchizatla bağlı problemlərə görə qərar qəbul etməkdə gecikir.

“Ukraynaya təkcə ABŞ istehsalı olan tankları deyil, həm də onlara texniki qulluq üçün ehtiyat hissələrini təhvil vermək kifayət qədər çətinlik yaradır”, – nəşr yazıb.

Qeyd edək ki, yayda Ukrayna Almaniyadan “Leopard”ın tədarükü üçün icazə istəyib. Lakin Berlin dəfələrlə bu tələbi rədd edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*