Qərb ekolobbisinin iqlim dəyişikliyi ilə bağlı saxtakarlıqları İFŞA EDİLDİbackend

Qərb ekolobbisinin iqlim dəyişikliyi ilə bağlı saxtakarlıqları İFŞA EDİLDİ

Avstraliyalı geoloq Qərb ekolobbisinin qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı yalan təbliğatını ifşa edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Melburn Universitetinin 77 yaşlı professoru Yan Playmer mediada iqlim dəyişikliyi ilə bağlı yayılan təbliğat və “son 125 min ilin ən isti günü” tezisini şərh edib.

“Bu, tam cəfəngiyyatdır. Əslində biz 4000 ildir davam edən uzunmüddətli soyutma tendensiyasındayıq. Biz Kiçik Buz Dövründən yenicə çıxmışıq. Sizcə, Kiçik Buz Dövründən çıxdığımız zaman temperatur necə olacaq? Bundan əlavə, təbliğatda deyilmir ki, 1930-cu illərdə ABŞ-da indikindən daha isti idi. Əslində, isti dövrlər Orta əsrlərdə və Qədim Dünyada olub”, – o deyib.

Belə çıxır ki, Qreta Tunberqin və Qərb biznes elitasının, o cümlədən “Greenpeace” fəallarının bütün cəhdləri ucuz saxtakarlıqdan başqa bir şey deyil. Bəs niyə “ucuz”?!

Onların sayəsində Qərb iri sənayeçilərdən və enerji şirkətlərindən hər il trilyonlarla dollar ekoloji vergi yığmağa müvəffəq olur. Bu vergilər hələ də əlavə ödənişlər və tariflər şəklində sadə avropalıların, amerikalıların və yaponların çiyninə düşür.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*