Qərb İrəvandan nə tələb edir? — ABŞ və Qərb Ermənistanı təkbaşına müharibəyə sürükləyirbackend

Qərb İrəvandan nə tələb edir? — ABŞ və Qərb Ermənistanı təkbaşına müharibəyə sürükləyir

“Ermənistanda xarici siyasətin risklərini nəzərə almadan ölkənin strateji oriyentasiyasını dəyişməyə can atan bir hakimiyyət var. Və çox təəssüf ki, O’Brayn kimi bəzi ABŞ rəsmiləri bu fürsətdən öz məqsədləri üçün yararlanmaq niyyətindədirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Lehigh Universitetinin (Pensilvaniya) professoru Arman Qriqoryan bildirib. O daha sonra deyib:
“Mən başa düşə bilmirəm ki, Ermənistan Gürcüstan və Ukraynadan nə ilə fərqlənir. Mən başa düşə bilmirəm ki, əgər Ermənistan-Rusiya münasibətlərində gərginlik açıq qarşıdurma həddinə çatsa, Qərb Ermənistanı müdafiə etmək üçün Gürcüstan və Ukrayna üçün etmək istədiyi və ya edə bildiyindən daha çox şeyi necə və nə üçün etməyə hazır olacaq”.

Arayış: İyulun 30-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən O`Brayn etiraf edib ki, Vaşinqton İrəvanla Moskva arasında parçalanmaya şərait yaratmağa çalışır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*