Qərb silah verməsə, Ukrayna Rusiyaya qarşı kürəklə döyüşməyə HAZIRDIR – Kulebabackend

Qərb silah verməsə, Ukrayna Rusiyaya qarşı kürəklə döyüşməyə HAZIRDIR - Kuleba

“Qərb silah verməsə, Ukrayna Rusiyaya qarşı kürəklə döyüşməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ARD telekanalına açıqlamasında deyib. O bildirib ki, müttəfiqlərdən silah tədarükü dayandırılacağı təqdirdə Ukrayna özünü Rusiyanın hərbi təcavüzündən kürəklə müdafiə edəcək.

Onun sözlərinə görə, Qərbdə heç kim ukraynalıların silahsız güzəştə getməyə hazır olacağına inanmamalıdır.

“Silah almasaq, o zaman kürəklə vuruşacağıq, özümüzü müdafiə edəcəyik, çünki bu müharibə bizim varlığımız üçün vacibdir”, – Kuleba vurğulayıb.

Nazir qeyd edib ki, Ukrayna Rusiyadan xeyli az silaha malikdir.

“Ona görə də, silahları nə qədər tez alsaq, bir o qədər tez göndərilsə, bizə bir o qədər kömək olar. Silahlar gec göndərilsə, yenə də “sağ ol” deyəcəyik, amma o zaman çox şey boşa çıxacaq, çox insan öləcək”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, Avstraliya öz zirehli transportyorlarını Ukraynaya göndərib. Sloveniya həmçinin Kalaşnikov avtomatları, dəbilqələr, zirehlər, digər avadanlıqlar və 35 piyada döyüş maşınının daxil olduğu böyük bir silah partiyasını təhvil verib.

Slovakiya Ukraynaya Qrad MLRS üçün 5 helikopter və sursat verəcəyini təsdiqləyib.

Jurnalistlər Almaniyanın Ukraynaya söz verdiyindən üç dəfə az silah çatdırdığını da hesablayıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*