Gələn həftə rəsmi Kiyev təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı ABŞ-la danışıqlara başlayacaq.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak bildirib.
NATO-ya üzv olmaq üçün dəvət almayan Ukrayna öz təhlükəsizliyini hücum zamanı Kiyevə kömək etmək öhdəliyini təsbit edən ikitərəfli sazişlər bağlamaq yolu ilə təmin etməyə ümid edir.
A.Yermak daha sonra deyb: “Ukrayna üçün təhlükəsizlik təminatları Ukraynanın qalib gəlmək və gələcəkdə Rusiya təcavüzünün qarşısını almaq qabiliyyətini təmin edəcək konkret və uzunmüddətli öhdəliklər olacaq. Bu, açıq şəkildə təsvir edilmiş formatlar və dəstək mexanizmləri olacaq”.
Qeyd edək ki, iyulun ortalarında keçirilən G-7 sammiti zamanı Ukrayna üzv ölkələrlə hərbi yardım və təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıb.
Sənəddə deyilir ki, G7 ölkələri uzunmüddətli ikitərəfli razılaşmalar əsasında Ukraynanın müdafiə qabiliyyətini və təhlükəsizliyini təmin etməyi öhdələrinə götürürlər.
Natiq Səlim,
KONKRET.az
