Qərb Ukrayna üzrə sülh sazişləri variantları üzərində işləyir. Lakin onların şərtləri nə Moskvanın, nə də Kiyevin maraqları ilə üst-üstə düşmür.
KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” qəzeti yazıb.
Bəzi Qərb rəsmiləri müharibəni bitirmək üçün böyük sövdələşmələr hazırlayır, lakin onlar həm Kiyevin, həm də Moskvanın məqsədlərinə uyğun gəlmir
Nəşrin fikrincə, Ukraynanın əsas məqsədi ərazi bütövlüyünü bərpa etməkdir. Lakin bu əsas müttəfiqlərin məhdud dəstəyinə görə uzaq perspektivdir. Onlar lazımsız xərclərdən ciddi qorxurlar və hər cür riskdən qaçmaq istəyirlər. Burada söhbət Kiyevin ABŞ və Almaniya kimi qeyri-müəyyən tərəfdaşlarından gedir.
Burhan,
KONKRET.az
