Qəzza zolağından azad edilən girovlar İsrailə gəlib – VİDEObackend

Qəzza zolağından azad edilən girovlar İsrailə gəldi - VİDEO

Qəzza zolağında fələstinli radikallar tərəfindən 49 gün ərzində saxlanılan ilk girovlar İsrailə gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, girovları hərbçilər və İsrail kəşfiyyatçıları qarşılayıb.

“İsrail Müdafiə Qüvvələrinin xüsusi bölmələri və Baş Təhlükəsizlik Xidmətinin qüvvələri hazırda azad edilmiş girovların yanındadır. Azad edilən girovlar İsrail ərazisində ilkin tibbi müayinədən keçiblər. Onlar İsrail Müdafiə Qüvvələri əsgərlərinin müşayiəti ilə xəstəxanalara gedəcək  və orada ailələrinə qovuşacaqlar”, – məlumatda deyilir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*