Qəzzada 2500 ev məhv edilib – BMTbackend

Qəzzada 2500 ev məhv edilib - BMT

Qəzzada 2500-dən çox ev dağıdılıb və ya o dərəcədə zədələnib ki, yaşayış üçün yararsız hala düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Qəzzada 2500-dən çox ev dağıdılıb və ya ciddi şəkildə zədələnib, yaşayış üçün yararsız hala düşüb. 23 minə yaxın digər ev isə orta və ya kiçik ziyana məruz qalıb”, – deyə o bildirib.

Düjarrik həmçinin qeyd edib ki, ən azı 88 təhsil müəssisəsi bombardmana məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*