Qırğızıstan parlamenti Əskər Akayevin eks-prezident statusunu bərpa etmədibackend

Qırğızıstan parlamenti Əskər Akayevin eks-prezident statusunu bərpa etmədi

Qırğızıstan parlamenti Əskər Akayevin eks-prezident statusunu bərpa etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, Joqorku Keneşin (Qırğızıstan parlamenti) sentyabrın 25-də keçirilən iclasında deputatlar Əskər Akayevin keçmiş prezident statusunun qaytarılması tələbini rədd ediblər.

85 deputatdan 71-i imtinanın lehinə, ikisi əleyhinə səs verib, lakin sonradan səhv etdiklərini və parlamentin qərarını dəstəklədiklərini bildiriblər.

Əsgər Akayev Qırğızıstana müstəqilliyin ilk illərindən 2005-ci ilə qədər rəhbərlik edib. Ölkədə inqilab baş verəndə və Kurmanbek Bakiyev hakimiyyətə gəldikdən sonra devrilmiş prezident və ailə üzvləri Rusiyaya qaçıblar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*