Qırğızıstan Prezidenti Sadır Japarovun qohumu Ulan Japarov Bişkekdə saxlanılıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, İssık-Kul vilayətinin Ken-Suu kəndindən olan 32 yaşlı Japarov Bişkekdəki təcridxanaya yerləşdirilib.
Məlumata görə, bununla bağlı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin “Korrupsiya” maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq Xidməti tərəfindən araşdırma aparılır.
Paytaxtın Pervomayski Rayon Məhkəməsindən bildirilib ki, Ulan Japarov iyulun 26-dək həbsdə qalacaq.
Qeyd edək ki, o, prezidentin əmisi oğlu Rakımjan Japarovun oğludur.
İqbal Rzayev,
KONKRET.az
