Qırğızları təhqir etdiyinə görə Prezidentin üzr istəməsi TƏLƏB OLUNDUbackend

Qırğızları təhqir etdiyinə görə Prezidentin üzr istəməsi TƏLƏB OLUNDU

Facebook istifadəçisi Aida Sasıbayeva Qırğızıstan Prezidenti Sadır Japarovdan qırğızları təhqir etdiyinə görə üzr istəməsini tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

A.Sasıbayeva qeyd edib ki, Prezidentin qırğızları tənbəl adlandırması onun xoşuna gəlməyib:

“Bu, mənim milli ləyaqətimə toxunur və sizdən üzr istəməyinizi tələb edirəm. Ehtiyatsız bəyanatınızla ölkəmə, xalqıma reputasiya itkisi verirsiniz. Başqa ölkələrdə belə alçaldıcı xarakteristikaya görə haqqımızda xoşagəlməz rəy yarana bilər. Bundan əlavə, bu cür münasibətlər uşaqlara mənfi təsir göstərir, onların xalq haqqında təsəvvürlərini təhrif edir”.

Onun sözlərinə görə, Prezident özünə gəlib xalqdan üzr istəyəcək:

“Əks halda bütün sosial şəbəkələrdə fləşmob elan etməyə məcbur olacağam. Kifayət qədər insan bu aksiyaya qoşulsa, tətilin başlama tarixini müəyyən edəcəyik”.

Sasıbayeva bildirib ki, tətil ümumrespublika xarakterli olacaq, siyasi yox, mədəni xarakter daşıyacaq.

Xatırladaq ki, bir müddət əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov yol texnikasının Nəqliyyat və Rabitə Nazirliyinə təhvil verilməsi mərasimində qazax və qırğız yolçular haqqında lətifə danışıb. O qeyd edib ki, prezident administrasiyası üçün bina qırğızların tənbəlliyi ucbatından ləng tikilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*