Qırmızı vərəqəsi ləğv olundubackend

Qırmızı vərəqəsi ləğv olundu

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeşin aldığı qırmızı vərəqə ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İngiltərənin “The İndependent” nəşri məlumat yayıb.

30 yaşlı portuqaliyalı yarımmüdafiəçi “Tottenhem”lə qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra Mançester təmsilçisi bu qərarı apelyasiyaya verib. İngiltərə Futbol Assosiyasıyası apelyasiyanı haqlı sayaraq Bruno Fernandeşin 3 oyunluq cəzasını ləğv edib.

Qeyd edək ki, bu mövsüm Bruno Fernandeş “Mançester Yunayted”in heyətinə 9 oyuna çıxıb və 4 qolun ötürməsini edib.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*