Hörmüz boğazında daha iki tanker yandıbackend

Hörmüz boğazında daha iki tanker yandı

Hörmüz boğazından keçməyə çalışan daha iki tankerdə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, tankerlər naviqasiya sistemlərini və GPS-i söndürərək xəbərdarlıqlara baxmayaraq təhlükəli zonaya daxil olublar. Nəticədə insident baş verib.

Məlumata görə, hazırda tankerlər Hörmüz boğazının cənub sahilləri yaxınlığında yerləşir.

SEPAH-ın açıqlamasında tankerlərin hücuma məruz qaldığı, yoxsa minalara düşdüyü barədə dəqiq məlumat verilməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*