ABŞ hərbçiləri prezident Donald Trampa İrana qarşı hərbi zərbələri yenidən başlamaq imkanı yaratmaq məqsədilə Yaxın Şərqə əlavə qüvvələr və hərbi vasitələr yerləşdirir.
KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ qüvvələrinin bölgədəki yerdəyişməsi Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etmək qərarı verəcəyi təqdirdə müxtəlif fəaliyyət ssenarilərinə hazırlaşmaq məqsədi daşıyır.
Telekanalın məlumatına əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu da İrana qarşı yeni zərbələrin endirilməsinə nail olmağa çalışır.
Müşviq Tofiqoğlu
KONKRET.az
