TV8 kanalının rəhbəri Acun Ilıcalı qızı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, o, məşhur müğənni Kristina Aqileranı qızına görə verilişinə dəvət etdiyini etiraf edib:
“Böyük qızım Banu Kristina Aqileranın fanatı idi. Otağı onun posterləri ilə dolu idi. “Var mısın, yok musun” verilişinə ilk qonaq kimi bir günlüyünə Kristina Aqileranı Türkiyəyə gətirdim. Qızımla vaxt keçirdi, mahnı oxudu və getdi. Mən o xoşbəxtliyi yaşamış bir atayam”.
Qeyd edək ki, bir müddət öncə Acun kiçik qızı Melisa “Sihirli annem”in köhnə bölümlərinə baxır deyə serialın yeni versiyasını çəkdirməyə başladığını etiraf etmişdi. (müsavat.com)
