Qızına qarşı sanksiyalar Ramzan Kadırovu qəzəbləndirib.
KONKRET.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Tabarik Kadırovaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Ukrayna Prezidenti Vlolodimir Zelenskiyə təhqirlə cavab verib.
2022-ci il dekabrın 17-də Avropa İttifaqı 141 rusiyalı və 49 Rusiya müəssisəsinə sanksiya tətbiq edib. Həmçinin Çeçenistan rəhbərinin qızları Ayşat və Xadijat Kadırovlara, habelə Ramzan Kadırovun əmisi oğlu Turpal-Əli İbrahimova qarşı məhdudiyyətlər tətbiq edilib.
Ukrayna Pprezidenti Volodimir Zelenski 33 rusiyalı və 225 rus biznesinə sanksiya tətbiq edib. Sərəncam Zelenskinin saytında yerləşdirilib. Çeçenistan rəhbəri Ramzan Kadırovun dördüncü qızı Tabarik Kadırova da məhdudiyyətlərə məruz qalıb.
Ramzan Kadırov aprelin 2-də axşam Telegram kanalında Ukraynanın qızı da daxil olmaqla ruslara qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verib. Şərhdə o, Zelenskini söyüşlə təhqir edib.
“Qaç, Zelenski, qaç… Özün də bilirsən ki, nə cür alçaqsan. Ancaq əclaf adam düşməninin ailə üzvlərinə, o cümlədən uşaqlara qarşı sanksiyalar tətbiq edə bilər. Yəni sənin ətrafında bir nəfər də olsun kişi yoxdur?! Bu, nə qədər iyrəncdir”, – deyə Kadırov bildirib.
O, ailə fotosunu dərc edərək istehza ilə Zelenskiyə ailəsinin digər üzvlərinə məhdudiyyətlər qoymağı təklif edib.
“Hələ çox sayda sanksiyasız ailə üzvümüz var, fotodan seçə bilərsən. Nəvələrim Yusif və Cənnət də qalıb. Biz buna artıq adət etmişik”, – deyə Kadırov yazıb.
Çeçenistan rəhbəri sanksiyaların tətbiqinə baxmayaraq, Ukraynada hərbi əməliyyatı davam etdiriləcəyini bildirib.


Xuraman Etibarlı,
KONKRET.az
