Qondarma rejimin “müdafiə naziri”nin müavini də məhv edildi – FOTObackend

Qondarma rejimin "müdafiə naziri"nin müavini də məhv edildi - FOTO

İşğal edilən Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı qondarma rejimin komandir müavini, polkovnik Artur Sarkisyan Azərbaycan Ordusu tərəfindən məhv edilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan”ın mənbəyi təsdiqləyib.

Qeyd edək ki, Sarkisyan 4 iyul 2020-ci ildə “Müdafiə naziri”nin müavini və “Müdafiə Ordusu” komandirinin müavini təyin edilib.

2 noyabrda ölən erməni hərbçilərinin siyahısında Sergey Şakaryanın da adı var. 4 oktyabrda polkovnik Şakaryanın Qarabağın “başçısı” Arayik Arutyunyanın fərmanı ilə “Qarabağ qəhrəmanı” adına layiq görülməsi məlum olub.

Sergey Şakaryan

Bundan əvvəl Dağlıq Qarabağın keçmiş komandiri, general-leytenant Cəlal Arutyunyanın yaralandığı bildirilmişdi. Həmin gün onun yerinə  Mikael Arzumanyan “təyin edilmişdi”. Qarabağ “rəhbərliyi” Arutyunyanın sağalacağını və tezliklə vəzifəsinə qayıdacağını açıqlamışdı. Lakin sonradan onun ölümü öz təsdiqini tapıb.

Xatırladaq ki, sentyabrın 27-dən etibarən Qarabağ münaqişəsi zonasında gərgin döyüşlər gedir.  Azərbaycan Silahlı Qüvvələri işğalda olan torpaqlarının bir qismini azad edib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*