Karantin rejimi həm də məktəblərin fəaliyyətini dayandırmasına səbəb olub. Bütün ölkələrdə onlayn tədris mərhələsinə keçilib.
KONKRET.az xəbər verir ki, Rusiyada daha tədris ilinin bərpası haqda düşünmürlər. Qonşu ölkənin maarif naziri Sergey Kravtsov bu barədə açıqlama verib. Onun sözlərinə görə, 1-8-ci siniflər dərsləri mayın ortasında başa vuracaq. Nazir koronavirusa yoluxma sayının günbəgün artması fonunda tədris ilinin bərpasının mümkün olmadığını bildirib. Qalan günlərdə təhsil onlayn formatda davam etdiriləcək.
Rusiyada tədris ilinə mayın 31-də yekun vurulur. Böyük siniflər onlayn təhsili gələn ayın sonuna qədər davam etdirəcək.
Azərbaycanda da tədris ilinin sonuna qədər təhsil müəssisələrinin fəaliyyətini bərpa edəcəyi gözlənilmir. Bu gün təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəblərdə sosial məsafənin qorunmasının mümkün görünmədiyini söyləyib.
Bizimyol.info
