“Qorxuram ki, İran müharibə etməkdənsə, Türkiyə-Azərbaycan tandemi ilə razılığa gəlsin” – Abovyanbackend

"Qorxuram ki, İran müharibə etməkdənsə, Türkiyə-Azərbaycan tandemi ilə razılığa gəlsin" - Abovyan

“Qorxuram ki, İran müharibə etməkdənsə, Türkiyə-Azərbaycan tandemi ilə anlaşmaya üstünlük versin”. 

KONKRET.az xəbər verir ki,  bunu erməni siyasətçi Arman Abovyan deyib.

“İranla Azərbaycan arasında diplomatik mübarizə dayanmır. Münasibətlər davamlı olaraq gərginləşir. İran ağır zirehli texnikalarını İran-Azərbaycan sərhədinə yerləşdirir.

Azərbaycan da öz növbəsində heç də geri qalmır. Lakin mən “Azərbaycana ölüm” şüarı səsləndirənlərin hər birinə demək istəyirəm ki, tələsməsinlər. İran dərhal Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacaq.

İran regionda son dərəcə incə siyasi və diplomatik oyun oynayır. Və Azərbaycanla birbaşa münaqişəyə girməkdə o qədər də maraqlı deyil.

Əksinə, iranlılar birbaşa qarşıdurmadan qaçmaq üçün hər şeyi edəcəklər. İran öz maraqlarını qoruyur. Azərbaycanlılarla birbaşa hərbi qarşıdurmaya getməyə qərar verərsə, bunu Ermənistana yox, özünə lazım olanda edəcək.

Təbii ki, İran-Ermənistan sərhədi Tehran üçün unikal “qırmızı xətt”dir. Çünki o, faktiki iranlıların sərhəddə sonuncu “açıq pəncərə”sini bağlayır.

Amma qorxuram ki, iranlılar Türkiyə ilə razılaşmağa üstünlük verər və Azərbaycan Ordusu ilə döyüşə getməz.

Odur ki, eyforik şoklardan çıxmalıyıq. Anlamaq lazımdır ki, xarici “xilaskarlar”ın ermənipərəst addımlarına arxalanmaq kifayət etmir, özümüzdə müqavimət göstərmək potensialını formalaşdırmalıyıq.

Təbii ki, bu o demək deyil ki, İran lazım olanda Azərbaycana hücum etməyəcək. Amma bir daha deyirəm ki, bu, ancaq və ancaq iranlılar üçün əlverişli vaxtda olacaq”, – deyə Abovyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*