“Qorxuram ki, Putin Haaqa Tribunalına qədər yaşamasın” – Eydelmanbackend

"Qorxuram ki, Putin Haaqa Tribunalına qədər yaşamasın" - Eydelman

Eydelman Putinin Haaqa Tribunalına qədər yaşayacağına şübhə edir.

KONKRET.az xəbər verir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra vətənini tərk edən rus tarixçisi Tamara Eydelman Putinin taleyini proqnozlaşdırıb.

Onun sözlərinə görə, onu müttəhimlər kürsüsünə oturtmaq yalnız ölkəsi bununla razılaşdıqda mümkün olacaq,

“Deməli, ilk növbədə, Rusiyada müəyyən dəyişikliklər olmalıdır. Və təəssüf ki, çox gözlədiyimiz belə dəyişikliklər baş versə belə, Putinin onlardan sağ çıxacağına əmin deyiləm., Elə Qəddafinin taleyini xatırlaya bilərsiniz”, – deyə o bildirib.

Eidelmanın fikrincə, 2012-ci ildə Rusiyada belə bir təkamül oldu, lakin Putin təzyiqi davam etdirdi.

“Putin bütün narazıları daha radikal hərəkətlərə təhrik edir, ona görə də bilmirəm, o, Haaqa məhkəməsini görəcək, ya yox. Çox istərdim ki, məhkəmə olsun, ittihamlar, sübutlar da var”, – tarixçi deyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*