Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüşdə regional təhlükəsizlik vəsabitliyin qorunması məsələləri müzakirə edilib.
Məlumata görə, görüşdə Brüsseldə keçiriləcək üçtərəfli görüşə hazırlıq məsələləri də müzakirə olunub.
Qeyd edək ki, oktyabrın sonunda Brüsseldə Əliyev, Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Ariz Həsənoğlu,
KONKRET.az
