Qriqoryan: “Yolların blokdan çıxarılması təhlükəsizliyimizə zəmanəti ola bilər”backend

Qriqoryan: "Yolların blokdan çıxarılması təhlükəsizliyimizə zəmanəti ola bilər"

11 Yanvar tarixli Moskva Üçtərəfli Bəyannaməsi Ermənistan hökuməti tərəfindən yolların və iqtisadiyyatın  blokdan çıxarılmasını təmin etmək üçün  bir platforma yaratmaq fürsəti kimi qiymətləndirilir.Bütün məsələlər nəzərə alınmalıdır, ancaq bu məsələlərin obyektiv müzakirə ediləcəyi bir platforma yaratmaq lazımdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan parlamentdəki çıxışı zamanı söyləyib. O əlavə edib ki, “Şəxsən nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması probleminin həll edilməsini zəruri hesab edirəm. Bu məsələnin həll olunmaması təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətli problemlər yaradır”.

Qriqoryanın sözlərinə görə, hazırda müzakirələr prosesi hələ başlamayıb. İlk görüş ayın sonunda baş tutacaq və yalnız bu görüşdən sonra müzakirələrin qaydaları müəyyənləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*