Qubada 19 sm qar yağdı – Temperatur -10 dərəcəyədək endibackend

Qubada 19 sm qar yağdı - Temperatur -10 dərəcəyədək endi

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

KONKRET.az-ın məlumatına görə, Xızı, Quba və Qusar rayonlarına qar yağıb. Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan kəndində 19 sm, Qrızda isə 10 sm-ə çatıb. Qrızda temperatur mənfi 10 dərəcəyədək enib.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 15 sm, temperatur isə mənfi 4 dərəcə olub.

Bəzi ərazilərdə yağıntı davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*