Qubadlıda mina partladı – Bələdçi xəsarət aldıbackend

Qubadlıda mina partladı - Bələdçi xəsarət aldı

Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi olub.

KONKRET.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Qeyd edilib ki, partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan “Dina” ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

“Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək”, – Mətbuat Xidmətindən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*