“İsveçin NATO-ya üzvlüyü ilə bağlı qərarı Türkiyə parlamenti verməlidir, lakin bu prosesin nə qədər davam edəcəyi məlum deyil, hər şey Stokholmun hərəkətlərindən asılıdır”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun parlamentə təqdim edilməsi və onun təsdiqi prosesi birbaşa İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır.
“Qərarı parlament verəcək, komissiyalarda nə vaxta qədər müzakirə olunacaq, bu proses nə qədər çəkəcək, biz bilmirik. Başlanğıc üçün İsveç Stokholm küçələri üzərində nəzarəti təmin etməlidir. Əgər onlar bunu etməsələr, Qurana hücumlar davam edərsə, o zaman inciməsinlər”, – deyə Ərdoğan əlavə edib.
Burhan,
KONKRET.az
