Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdıbackend

Qurban Qurbanov 16 yaşlı Əlini əsas heyətə çağırdı

“Qarabağ” U-19 komandasının 16 yaşlı üzvü Əli Bəşirovu əsas heyətə çağırıb.

KONKERT.az xəbər verir ki, o, komandanın tərkibində Antalyada keçiriləcək qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*