25 milyon dollar Trampın nazirini vəzifədən qovulmaqdan xilas edib?backend

25 milyon dollar Trampın nazirini vəzifədən qovulmaqdan xilas edib?

ABŞ Prezidenti Donald Trampın bu ilin əvvəlində ölkənin ticarət naziri Hovard Lütniyi vəzifəsindən azad etməyi ciddi şəkildə düşündüyü iddia olunur.

KONKRET.az xəbər verir ki, buna səbəb nazirin maliyyəçi Cefri Epşteynə məxsus şəxsi adaya səfər etdiyini etiraf etməsi olub.

Məlumata görə, Lütniyin vəzifədən çıxarılması məsələsi sonradan gözlənilmədən gündəmdən düşüb. Belə ki, nazir Trampın prezident kitabxanasının yaradılması üçün 25 milyon dollar ianə edib. İddia olunur ki, bu məbləğ köçürüldükdən dərhal sonra Ağ Ev rəhbəri nazirin vəzifədən azad edilməsi məsələsini müzakirə etməyi dayandırıb.

Nəşrin məlumatına görə, nə Ağ Ev, nə də ABŞ Ticarət Nazirliyinin rəhbəri sözügedən ianə və onun mümkün təsirləri ilə bağlı hələlik açıqlama verib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*