Qurban Qurbanov: “”Sabah”ı təbrik edirəm, uğurlar arzulayıram”backend

Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"

“Qarabağ” “Tvente” ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.

KONKRET.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”ı da təbrik edib:

“Sabah”ı təbrik edirəm, uğurlar arzulayıram. “Tvente” ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq”.

Xatırladaq ki, “Qarabağ” – “Tvente” görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*