“Qurtuluş günü” ilə bağlı diplomatlar və diaspor üzvləri Xarkovda tədbir keçirdilərbackend

"Qurtuluş günü" ilə bağlı diplomatlar və diaspor üzvləri Xarkovda tədbir keçirdilər

Xarkov şəhərində “Müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində Heydər Əliyevin rolu” mövzusuda dəyirmi masa keçirilib .

KONKRET.az xəbər verir ki, Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə Xarkov Vilayətinin elm və mədəniyyət adamları, diplomatlar və diaspora nümayəndələri iştirak ediblər.

Xarkov şəhərindəki fəxri konsulluğunun təşkilatçılığı ilə keçirilən dəyirmi masada ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyətini özündə əks etdirən film nümayiş etdirilib.

 

Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, Azərbaycan xalqının əsrlər boyu dövlət müstəqilliyi uğrunda apardığı  mübarizə tarixindən bəhs edib. Tarixin bütün dönəmlərində erməni və onlara havadarlıq edən xarici dövlətlər tərəfindən müstəqil Azərbaycan dövlətinin qurulmasına arxadan zərbələr vurulduğunu xatırladan diplomat 1988-93-cü illərdə də eyni senari ilə torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd-yerlərindən didərgin salındıqlarını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Əfqan Salmanov 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərindən söz açıb. 15 iyun milli  qurtuluş gününü müstəqil Azərbaycan dövlətinin zülmətdən işığa boylanan şərəf və şanlı tarixi  adlandırıb. Diplomat ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin  müdriklik və dahilik missiyasından bəhs edərək, bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf edərək dünyanın ən aparıcı dövlətləri arasında  nüfuz sahibinə çevrildiyini vurğulayıb.

Tədbirdə Xarkov Vilayət Şurasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Nataliya Zorçenko, Qazaxıstanın Xarkov şəhərindəki fəxri konsulu Emil Nəcəfli, Albaniyanın Xarkov şəhərindəki fəxri konsulu Şahin Ömərov, Xarkov şəhərindəki Azərbaycan Dostluq cəmiyyətinin sədri Murad Ömərov və digər şəxslər çıxış edərək, Azərbaycanla Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında dahi Heydər Əliyev şəxsiyyətinin müstəsna rol oynadığını vurğulayıblar. Azərbaycanı bölgənin lider, beynəlxalq arenanın qüdrətli dövlətinə çevirən Heydər Əliyev ideyalarının dünya durduqca yaşayacağını bildiriblər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*