Quru Qoşunlarında komanda-qərargah təlimi keçirildi – FOTOLARbackend

Quru Qoşunlarında komanda-qərargah təlimi keçirildi - FOTOLAR

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunların birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*