Quterreş Moskva və Kiyevə səfəri barədə Ərdoğanı məlumatlandırıbbackend

Quterreş Moskva və Kiyevə səfəri barədə Ərdoğanı məlumatlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.

KONKRET.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Quterreş Rusiya və Ukrayna səfərləri barədə Türkiyə liderini məlumatlandırıb.

Bununla yanaşı, Ukraynaya humanitar yardımların çatdırılması, Mariupoldan dinc əhalinin təxliyəsi barədə müzakirələr aparılıb.

Türkiyə Prezidenti, həmçinin BMT baş katibini doğum günü münasibətilə təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*