Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Rakov” Bakıya gəlib.
KONKRET.az Polşa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bir qədər əvvəl paytaxtımıza çatıb.
Xatırladaq ki, “Qarabağ” – “Rakov” təkrar matçı avqustun 2-də keçiriləcək. Oyun Bakı Olimpiya Stadionunda təşkil olunacaq və saat 20:00-da başlanacaq. Komandalar arasında Polşada keçirilən ilk görüş “Rakov”un 3:2 hesablı qələbəsi ilə başa çatıb.


