Ramiz Mehdiyevi YAP-dan o təbrik etdi – FOTObackend

Ramiz Mehdiyevi YAP-dan o təbrik etdi - FOTO

Ramiz Mehdiyevi YAP-dan doğum günü münasibətilə kimin təbrik etdiyi məlum olub.

KONKRET.az-ın araşdırmasına görə, bu, YAP AMEA Ərazi Təşkilatının İdarə Heyətinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanovadır.

Qeyd edək ki, U.Qurbanova 22 dekabr 1983-cü il tarixində Goranboy rayonunun Balakürd kəndində anadan olub. O, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda çalışır. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun rəsmi saytında yazılan məlumata görə, alimin 6 vəzifəsi var:

1) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi,

2) AMEA-nın vitse-prezidenti qulluğunda aparıcı mütəxəssis,

3) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının üzvü,

4) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,

5) AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının katibi,

6) YAP AMEA Ərazi Təşkilatının İdarə Heyətinin sədri.

Əli Davudoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*