Ramos sabiq klubuna qayıtdı – RƏSMİbackend

Ramos sabiq klubuna qayıtdı - RƏSMİ

Serxio Ramos sabiq klubu “Sevilya”ya transfer olunub.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Ramos 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə “Sevilya”dan Real”a transfer olunmuşdu.

Xatırladaq ki, 37 yaşlı müdafiəçi bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. 2022/2023 mövsümündə o, PSJ-nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb və 4 qol vurub.

Daha əvvəl Ramosla Türkiyənin “Qalatasaray” və “Beşiktaş” klublarının da maraqlandığı bildirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*