Ramzan Kadırov Türkiyə XİN və MİT rəhbərləri ilə görüşdüyünü AÇIQLADIbackend

Ramzan Kadırov Türkiyə XİNMİT rəhbərləri ilə görüşdüyünü AÇIQLADI

Ramzan Kadırov Mövlud Çavuşoğlu və Hakan Fidanla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ramzan Kadırov teleqram kanalında yazıb. O, Türkiyə və Rusiya liderlərinin dünənki görüşü zamanı Türkiyənin xarici işlər naziri və milli kəşfiyyatının rəhbəri ilə görüşdüyünü bildirib.

Kadırov əlavə edib ki, Çeçenistan və Türkiyə xalqlarının çoxlu ortaq cəhətləri var və elan edilən qeyri-rəsmi görüşlər əlaqələrin gələcək inkişafının başlanğıcı olacaq.

“Hörmətli qonaqlar məni Türkiyəyə səfərə dəvət etdilər və bu səfər zamanı biz geniş spektrli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi məsələləri müzakirə edə bildik. Təbii ki, dəvəti qəbul etdim”, – deyə Ramzan Kadırov əlavə edib.

Görüş barədə Türkiyə tərəfdən hələlik heç bir şərh yoxdur.

Bundan əvvəl  o, Ərdoğan və Putin görüşündə şəxsən iştirak edəcəyini bildirmişdi. Lakin Kadırov görüşdən sonra Putinlə bir araya gəlib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*