Ramzan Kadırovun Ukrayna ilə bağlı xəyalları “gerçəkləşdi” – VİDEObackend

Ramzan Kadırovun Ukrayna ilə bağlı xəyalları "gerçəkləşdi" - VİDEO

Ramzan Kadırovun Ukrayna ilə bağlı xəyalları “gerçəkləşib”. O, prezident Zelenskiyə “kapitulyasiya aktı imzalatdırıb”.

KONKRET.az xəbər verir ki, bu barədə videonu Çeçenistan rəhbəri öz teleqram kanalında paylaşıb. Kadırov videonun altından bu sözləri yazıb:

“Luqanskda Ukrayna qüvvələrinin geri çəkilməsi və respublikanın Bandera işğalçılarından tam azad edilməsi ilə əlaqədar Zelenski qeyd-şərtsiz təslim aktı imzalayıb. Birbaşa ofisdən görüntünü paylaşırıq”.

Qeyd edək ki, video rusiyalı prankerlər Vovan və Leksusun iştirakı ilə çəkilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*