Rusiyanın Zabaykaliya bölgəsinin başçısı güzəştli ipoteka almaq üçün Ukraynaya müharibəyə gedəcək.
KONKRET.az xəbər verir ki, Sretenski rayonunun rəhbəri Aleksey Zakurdayev oktyabrın 9-da istefa verəcək və könüllü olaraq müharibəyə gedəcək.
Məlumata görə, o, ilk növbədə “vətənpərvərlik səbəbləri” üçün döyüşə gedir. Lakin belə şayiələr də gəzir ki, məmurun müharibəyə getməsinə səbəb sosial müavinətlərdir.
“Məmur uşaqlarına kömək etmək məqsədilə müharibə iştirakçısı olaraq, güzəştli ipoteka krediti ilə 3% ilə mənzil ala bilər.
İlkanə Şəvəqqət,
KONKRET.az