RAZILIĞA GƏLDİLƏR – Aprelin 26-da…backend

RAZILIĞA GƏLDİLƏR - Aprelin 26-da...

İran və ABŞ arasında növbəti danışıqlar raundu aprelin 26-da Omanda baş tutacaq.

KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir.

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə keçiriləcək görüşün çərşənbə günü keçiriləcəyi gözlənilir.

Bu barədə Əraqçi İranın dövlət televiziyasına müsahibəsində bildirib.

“Çərşənbə günü Omanda ekspertlər səviyyəsində texniki məsləhətləşmələr olacaq və gələn şənbə Uitkoffla mən ekspertlərin işinin nəticələrini müzakirə etmək üçün yenidən görüşəcəyik”, – XİN başçısı deyib.

Qeyd edək ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirmişdi ki, İran və ABŞ qarşıdakı günlərdə texniki səviyyədə məsləhətləşmələri davam etdirmək barədə razılıq əldə ediblər.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*