“Real”ın futbolçusu sol dizindən zədə aldıbackend

"Real"ın futbolçusu sol dizindən zədə aldı

İspaniyanın “Real” klubunun futbolçusu David Alaba sol dizindən zədə alıb.

KONKRET.az Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçiyə menisk yırtığı diaqnozu qoyulub.

32 yaşlı avstriyalı oyunçu sonuncu dəfə La Liqanın XXXIII turunda, “Xetafe” ilə matçda (1:0) meydana çıxıb.

Qeyd edək ki, D.Alaba bu mövsüm “Real”ın heyətində bütün yarışlarda 14 oyun keçirib. Müdafiəçi daha əvvəl də zədə səbəbindən uzun müddətə sıradan çıxmışdı. O, yanvardan etibarən komandaya qoşulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*