“Real”ın matçında dava: 21 oyunçu qovuldubackend

“Real”ın matçında dava: 21 oyunçu qovuldu

Basketbol üzrə Avroliqa pley-off matçında dava düşüb.

KONKRET.az-ın məlumatına görə, “Real” – “Partizan” görüşünün sonlarında oyunçular arasından gərginlik yaşanıb. Serbiya təmsilçisinin öndə olduğu matçın bitməyinə az qalmış Madrid klubunun oyunçusu Serxio Lull rəqib komandanın üzvü Kevin Punterə qarşı sərt müdaxilə edib.

Bunun ardından bütün basketbolçular bir-birləri ilə dalaşmağa başlayıblar. Hakimlər isə 21 oyunçunu diskalifikasiya etməyə məcbur qalıb.

Görüşdə iştirak etməyə basketbolçu qalmadığı üçün hakimlər heyəti matçı həmin andakı hesabla erkən bitirib.

Serbiya klubu rəqibini 95:80 məğlub edərək ümumi hesabı 2:0 edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*