“Real“ Mbappeyə dair qərar verdibackend

“Real“ Mbappeyə dair qərar verdi

“Real” yay transfer pəncərəsində PSJ-nin hücumçu Kilian Mbappe üçün danışıqlar aparmayacaq.

KONKRET.az “Marca”ya istinadla xəbər verir ki, futbolçunun 2023-cü ildə transferi onun maaşının çox olmasına görə mümkün olmayıb. Vəziyyət yalnız 2024-cü ildə o halda dəyişə bilər ki, fransalı oyunçu müqavilənin bitməsinə bir il qalmış klubu tərk etmək qərarına gəlsin.

2022-ci ildə Mbappe “Real”a keçə bilərdi. Lakin o, son anda PSJ ilə müqaviləsini uzadıb.

24 yaşlı hücumçu bu mövsüm 40 oyun keçirib, 38 qol vurub və 9 qolun ötürməsini verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*