Əziz Həmvətənlərim! Az əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev bildirdi ki, ermənilər Kəlbəcərdən çıxmaları üçün noyabrın 25-nə kimi vaxt istəyib. Azərbaycan tərəfi isə Rusiyanın bu xahişini özünün də gördüyü humanitar vəziyyəti nəzərə alaraq qəbul edib. Uzun illərdir Azərbaycanın dünyaya aqressor, Xalqının isə amansız, qəddar kimi qələmə verildiyi bir vaxtda rəsmi Bakının bu addımını çox doğru hesab edirəm.
Hadisələri bütün dünya mətbuatından daim izləyən şəxs olaraq bir daha əminliklə bildirirəm ki, torpaqlarımız son qarışına kimi geri qaytarılacaq. Bu ərəfədə hamımız ancaq ölkə rəhbərliyinin (o cümlədə Türkiyə rəhbərliyinin) səsləndirdiyi rəsmi məlumatları izləməli və xarici təxtibatlardan uzaq durmalıyıq. Bu müddət ərzində müharibə dövründə olduğu kimi işləməliyik və cəbhə bölgəsində ermənilərin törətdikləri vəhşilikləri – işğal olmuş ərazilərimizin viran qoyulması, ərzilərimizi tərk edərkən bizə məxsus çox dəyərli qədim arxeoloji nemətlərimizi aparmalarını, tərk edilmiş ərazilərdə hər şeyi yandırmalarını, ağacları qırmaqlarını, məhv etmələrini video faktlarla dünya ictimaiyyətinə çatdırmalıyıq ki, kimin varvar, vəhşi olduqlarını görsünlər. Bununla bir yerdə 1993-cü ildə saqqallı erməni terroçularının bizi bir neçə saat ərzində heç bir mal-mülk götürmədən qışın oğlan çağında torpaqlarımızdan qovduqlarını əks etdirən epizodları da yaymalıyıq. Bu müqayisəni hamı görməlidir.
Aslan İsmayılov