Rəsmi qeydə alınan 8 partiya – SİYAHIbackend

Rəsmi qeydə alınan 8 partiya - SİYAHI

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb. 

KONKRET.az rəsmi qeydiyyata alınan siyasi partiyaların siyahısını təqdim edir:

  • Yeni Azərbaycan Partiyası (YAP) – sədr İlham Əliyev;
  • Ağ Partiya – sədr Tural Abbaslı;
  • Vətəndaş Həmrəyliyi Partiyası – sədr Sabir Rüstəmxanlı;
  • Haqq Ədalət Partiyası – sədr Əli İnsanov;
  • Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – sədr Arzuxan Əlizadə;
  • Ümid Partiyası – sədr İqbal Ağazadə;
  • Milli Dirçəliş Hərəkatı Partiyası – sədr Fərəc Quliyev;
  • Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı.

Xatırladaq ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb.

1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib.

Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

“Siyasi partiyalar haqqında” yeni qanun bu il qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən, yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.

Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*