Respublika Stadionunun ot örtüyü yenilənirbackend

Respublika Stadionunun ot örtüyü yenilənir

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir. 

Bu barədə KONKRET.az-a Gənclər və İdman Nazirliyindən bildirilib.

Məlumata görə, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır:

“Meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır. Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah” – “Beşiktaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb. Meydança tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*