Revanş istəyənlər keçmişlərini niyə unudur?backend

Revanş istəyənlər keçmişlərini niyə unudur?

Ermənistanda reallığı qəbul etmək istəməyən qüvvələr  revanşizm istəyi ilə yaşayırlar.  Bu, əsasən Koçaryan və Sarkisyanın tərəfdarları, ya da yerli hakimiyyətdən incik düşənlərdir. Düzdür, Ermənistan hakimiyyəti də dinc dayanmır və sürətlə silahlanmaqla ölkədə müharibə istəyənlərin iştahasını bir qədər də artırır. Qərbin dəstəyi ilə müharibə ritorikasıyla yaşayanlar məsələyə “bəlkədə qaytardılar” prizmasından yanaşırlar. Ona görə də müxalifətdə təmsil olunanların əksəriyyəti müharibə çağırışları edir.

Üstəlik keşiş Baqrat Qalstanyanın rəhbərlik elədiyi hərəkat da revanşsitlərə əlavə stimul verir. Bu mənada Qarabağdan Ermənistana köçən ermənilər də fəallaşıblar. Onlar hesab edirlər ki, Ermənistan nə vaxtsa əvvəlki mövqeyinə  qayıda biləcək. Qondarma rejimin İrəvana sığınan üzvüləri Ermənistanda son vaxtlar bir qədər fəallaşıb. Çox güman ki, tezislərini xarici havadarlarından alan separatçılar hesab edirlər ki, Ermənistan hakimiyyəti sülhü gecikdirməli və Azərbaycanın şərtləri ilə razılaşmamalıdır.

Keçmiş qondarma rejimin funksyanerlərindən  Vahram Balayan Ermənistan hakimiyyətindən vəziyyətə nəzarəti ələ almağı istəyib. O qeyd edib ki, Ermənistan hazırda çətin durumdadır və gec-tez Azərbaycanın şərtləri ilə razılaşmalı olacaq:

“Ermənistan hakimiyyəti düzgün siyasi kurs həyata keçirsə nəinki müqavimət göstərmək, hətta itirilmiş ərazilərimizi geri qaytarmaq imkanımız var”.

Balayan 4 il əvvəlki darmadağını unudur və yenə dinc insanları müharibəyə çağırır. Təəssüf ki, belə yanaşma erməni cəmiyyətinin əksər hissəsini əhatə edir və onlar yaxın keçmişdən lazımi dəsr çıxarmağı hələ də bacarmayıblar.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*