Rezai: ABŞ Prezidenti çarəsiz vəziyyətə düşübbackend

Rezai: ABŞ Prezidenti çarəsiz vəziyyətə düşüb

İran iddia edir ki, ABŞ Prezidenti Donald Tramp ölümcül səhvlərə yol verib və hazırda çarəsiz vəziyyətə düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezai “X” sosial şəbəkəsində yazıb.

“ABŞ-nin xülyalara qapılmış prezidenti ölümcül səhvləri ilə “çarəsiz adam oyunu”na çatıb”, – o bildirib.

Rezai Amerikanın İrandakı zəvvarlara və infrastruktura hücum təhdidini tənqid edib: “İranın infrastruktur hücumlarına cavabı şiddətli olacaq”.

Xatırladaq ki, Tramp İranla bağlı hərbi əməliyyatların bərpa edilməsi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib və “Epik qəzəb” əməliyyatındakından daha genişmiqyaslı zərbələrin endiriləcəyini istisna etməyib./”Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*