Romantik baş nazir Sevgililər günündə evlənmə təklifi etdibackend

Romantik baş nazir Sevgililər günündə evlənmə təklifi etdi

Avstraliyanın baş naziri Entoni Albanese Sevgililər Günündə sevgilisinə evlilik təklifi edib və bu xəbəri sosial media hesabından elan edib.

Avstraliyanın baş naziri Entoni Albanese sevgilisi Codi Haydona Sevgililər Günü sürprizi etməklə nə qədər romantik olduğunu nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, Albanese sosial media hesabında toyun yaxınlaşdığını açıqlayıb. Baş nazir Haydonun nişan üzüyü taxan fotosunu “O, hə dedi” qeydi ilə paylaşıb.

Avstraliya mətbuatına açıqlama verən Albanese “həyatımın qalan hissəsini paylaşacağım şəxslə birgə olmaqdanböyük məmnunluq duyuram” deyib.

Təxminən 4 ildir birlikdə olan cütlüyü ilk təbrik edənlərdən biri də müxalifət lideri Peter Dutton olub. Toyu səbirsizliklə gözlədiyini bildirən Dutton “çiçək atmaq üçün orada olacam” deyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*